Türkiyədə ötən 24 saat ərzində 5 532 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutkada 135 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək Türkiyədə ümumilikdə 440 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 825 nəfər müalicə olunaraq sağalıb, 12 219 nəfər vəfat edib.
Hazırda 4 121 pasiyentin vəziyyəti ağırdır.