Braziliyanın San-Paulo şəhərində yerləşən Fransa şəbəkəsinə aid “Carrefour” ticarət mərkəzində 40 yaşlı qaradərili alıcı mühafizəçilər tərəfindən döyülərək öldürülüb. 

Unikal.org yerli “Diario de Pernambuco” nəşrinə istinadən xəbər verir ki, qaradərilinin öldürülməsindən sonra “Black Lives Matter” hərəkatının üzvləri ticarət mərkəzində hücum ediblər. 

Sosial şəbəkələrdə yayımlanan videolarda etirazçılar tərəfindən dükanların talan edilərək yandırıldığı əksini tapıb.  

Hadisənin əks-sədası Kuritibe və Porto Aleqre şəhərlərində yaşanıb. Burada "Vidas pretas importam" hərəkatının üzvləri analoji addım atıb.