Dağlıq Qarabağda gedən döyüşlərdə işğalçı Ermənistan ordusu sıralarında Azərbaycan ordusuna qarşı vuruşmaq üçün bölgəyə yollanmış Yunanıstan vətəndaşı olan idmançı qardaşlardan biri ölüb.
Unikal.org xəbərverir ki, bu barədə "Milliyet" məlumat yayıb.
Yunan jurnalist Krikor Tsakitziyana bildirir ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Yunanıstandan olan qardaşlar – bu ölkənin ordusunun xüsusi təyinatlı birləşmələrində xidmət keçmiş idmançılar Ermənistana üz tutub.
Onlardan birinin döyüşlər zamanı öldürüldüyü qeyd olunur. Digər qardaşın isə cənazə ilə birlikdə ölkəsinə qayıdacağı bildirilir.