Ermənistanda din xadimi, Eçmiədzin katalikosluğunun arxiyepiskopu Arşak Xaçaturyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Xaçaturyanın xüsusi xidmət orqanına çağırılmasına səbəb hakimiyyətə qarşı sərt tənqidlər səsləndirməsi olub.
Olay din xadimləri arasında etirazlar doğurub və bu addım "arxiyepiskopu susdurmaq üçün edilən təzyiq" adlandırılıb.