İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 453 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 45 255 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 12 460 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 866 821 nəfərə yüksəlib.

İranda indiyədək 610 406 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 812 nəfərin vəziyyəti ağır qiymətləndirilir.