Nazim İbrahimov hucuma keçdi
14:53 29-12-2012
İQTİSADİYYAT
Nazim İbrahimov hucuma keçdi
Qalibin kim olacağı isə hələ ki, bilinmir
Rusiyada yaradılan “Milyarderlər İttifaq”ı ilə bağlı məsələlər səngimir ki, səngimir. Bir müddət öncə Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev və daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu qurumun yaradılmasını xəyanət kimi dəyərləndirdilər. Amma qarşı tərəf iddia edirdi ki, məqsədləri safdır və çalışacaqlar ki, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını qorusunlar.
Amma Nazim İbrahimov ciddi cəhdlə hakim düşərgəni inandırmağa çalışırdı ki, onların fəaliyyəti diaspora işlərinə mənfi təsir göstərəcək. Nəhayət bu günlərdə prezident İlham Əliyev yeni təşkilatın sədri Abbas Abbasovu qəbul etdi və görüş kifayət qədər maraqlı oldu. Abbas Abbasov bildirdi ki, prezident lazımi tövsiyyələrini verdi və bundan sonra fəaliyyətlərini daha da gücləndirəcəklər. Bu isə o deməkdir ki, yeni yaradılan qurum prezidentin yanında olacaq. Amma deyəsən Nazim İbrahimov iddiasından əl çəkmək niyyətində deyil.
Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılması məsələsinə münasibətimiz mənfidir.Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. İbrahimov bildirib ki, bu kimi təşkilatları Rusiyada olan ümumrusiya azərbaycanlılarının birliyinə zərər gətirə biləcək amil kimi dəyərləndiririk.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan dövləti dünyada diaspor hərəkatının formalaşması, onun strukturlaşmasına cox ciddi fikir verir. "Bu, böyük bir strateji işdir və hər zaman hər hansı dövlətdə müəyyən təşkilatların yaranmasına, yaxud onların istiqamətlənməsinə xüsusi individual diqqət yetiririk. Hər birinə də olan diqqətimiz fərqlidir. Ola bilər ki, hər hansı dövlətdə bir və ya bir neçə təşkilatın yaranmasını alqışlayırıq. Başqa bir dövlətdə isə həmin təşkilatların yaranması Azərbaycan diasporuna ziyan gətirə bilər, ona görə də mənfi münasibət bəsləyirik.
Rusiyada da yaranmaq istəyən, hələlik bir fəaliyyəti olmayan bir təşkilata da öz mənfi münasibətimizi bildirmişik. Bu prosesə biz əvvəldən mənfi münasibət bildirmişdik və hesab edirdik ki, hər hansı azərbaycanlı doğrudan da Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət etmək istəyirsə və yaxud yaşadığı ölkədə bu ölkənin layiqli bir vətəndaşı olaraq, ölkələrimiz arasındakı münasibətlərin inkişafını istəyirsə, mövcud təşkilatların birində çalışa bilər, həmin təşkilatın işini gücləndirə bilər", - İbrahimov deyib.Maraqlıdır, məlum görüşdən sonra da Nazim İbrahimovun belə bəyanatla çıxış etməsinin səbəbi nədir? Müşahidəçilər bildirir ki, bu təşkilatın fəaliyyət göstərməsi və hakimiyyətin etibarını qazanması Nazim İbrahimovun siyasi karyerasının bitməsi ilə sonunclanacaq. Çünki bu gün faktiki Nazim İbrahimov yalnız Rusiyadakı diaspor təşkilatlarına nəzarət edir. Bu nəzarətin itməsi isə Nazim İbrahimovun həm geri çəkilməsi, həm də biznesini itirməsi olacaq. Əldə etdiyimiz məlumata görə Nazim İbrahimov məhz diaspora adı ilə Rusiyada və MDB-də ciddi biznes şəbəkələri yarada bilib. Fəaliyyət göstərən diapor təşkilatları isə komitə sədrinin biznesini həyata keçirən şəxslərdir. Bir müddət öncə KİV-də belə bir xəbərlərdə yayıldı ki, Nazim İbrahimov indi də Şərqi Avropa ölkələrində biznes strukturlarının yaradılmasına başlayıb və əsasən otel biznesinə üstünlük verir. Buna görə də Şərqi Avropada da mövcud olan təşkilatları öz kadrları ilə yeniləyir. Nazim İbrahimovun bu təşkilatlar vasitəsi ilə biznes şəbəkəsi qurması səbəbindən Avropadakı diaspor təşkilatları bu gün yarıtmaz hala salınıb. Görünür bunu nəzərə alan yuxarı dairələr başqa çıxış yolu axtarırlar. Nazim İbrahimov isə bir addımda olsa geri çəkilmək istəmir.
Maraqlıdır, bəs bu savaşdan Nazim İbrahimov qalib ayrıla biləcəkmi? Ekspertlər bildirir ki, hər şey yaxın günlərdə aydınlaşacaq. Çox böyük ehtimal ki, RATİ bəyanatla çıxış edib, açıq şəkildə hakimiyyəti dəstəklədiklərini sübut edəcəklər. Amma burda da bir problem var ki, təşkilatın iki üzvü, Rüstəm İbrahimbəyovla, Söyün Sadıqov hakimiyyətə qarşı sərt mövqe tutublar. Belə bir bəyanata onların qoşulması inandırıcı görünmür. Belə olan halda isə ya həmin iki şəxs istefaya gedəcək ya da bəyanat verilməyəcək. Bəyanatın olmayacağı təqdirdə Nazim İbrahimovun manevr etmə imkanları artacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07