İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb.
Unikal.org Xezerxeber.az-aistinadənxəlumat verir ki, Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancasına vuruşan xüsusi təyinatlı dəstənin komandiri, torpaqlarımızın işğaldan azad olunması üçün bu böyük fürsəti əldən verməyib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Həkimlərin cərrahi müdaxiləsindən sonra qəlpə çıxarılıb, cəsur döyüşçümüz bu hadisədən heç 10 gün keçməmiş yenidən cəbhəyə yollanıb.
Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan zabitimiz Murovdağ silsiləsi və Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. O, Şuşanın alınmasında aktiv iştirak edib. Elə ikinci dəfə də Şuşada yaralanıb.
Lerik rayonu, Veri-Əliabad kəndində anadan olan Zaur Rəhimov 7 qardaşdan biridir. Qardaşlardan 5-i Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, 3-ü isə yaralanıb.