“Hazırda qabaqcıl texnologiyalardan istifadə edilir. Əməliyyatın aparılması üçün plan hazırlanıb”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov brifinqdə deyib.
Onun sözlərinə görə, həmin ərazilər qısa müddət ərzində təmizlənəcək:
“Bundan sonra isə insanlar həmin yerlərə gedə biləcəklər. Hazırda 6 “Bezone” maşını var”.