Kərəm Həsənovun yeni «özəlləşdirmə sürəti»
14:05 08-01-2013
İQTİSADİYYAT
Kərəm Həsənovun yeni «özəlləşdirmə sürəti»
Səhmdar cəmiyyətlərin torpaqlarını necə «yeyirlər»?
Ötən ayın sonlarında məlum oldu ki, Əmlak Məsələləri Komitəsi 100% özəlləşən səhmdar cəmiyyətlərin torpaqlarının özəlləşdirilməsini sürətləndirir. Amma minoritarlar hesab edir ki, bu, majoritarların ƏMDK-dəki məmurlarla sövdələşməsinin nəticəsidir, məqsəd onları torpaq sahəsi hüququndan məhrum etməkdir.
Təkcə ilin son ayında bu cür səhmdar cəmiyyətlərin torpaq sahələrinin satışı üzrə 3 hərrac keçirilib. Sonuncu 1997-ci ildə Bakı Zərif Mahud fabrikinin bazasında yaradılan “Zərif Mahud” ASC-nin 212 sot torpağıdır. Bu SC-nin kəkiç səhm paketinin sahibi Şəmsəddin Allahverdiyev Turan-a bildirib ki, dekabrda 1997-ci ildən bəri ilk dəfə keçirilən ümumi yığıncaqda torpağın özəlləşdirilməməsi barədə qərar qəbul edilib. Növbəti həftə ƏMDK torpağın satıldığını elan edib. «Torpaq kənar şəxslərə satılandan sonra əmlakı bu illərdə məhv edilən SC havadan asılı qalacaq. “Zərif Mahud” ASC-nin 212,3 sot torpağının ilkin qiyməti 263,1 min manat (1 sotu 1240 manat) olub. Rieltorlar bildirir ki, burda (Keşlədə) 1 sot minimum 20 min manatdır.
Bəs Əmlak Məsələləri Dövlət Komitəsinin son vaxtlar 100 faiz özəlləşmiş səhmdar cəmiyyətlərin torpaqlarının özəlləşdirilməsi prosesini sürətləndirməsi nə ilə əlaqədardır? «Unikal»ın araşdırmaları zamanı məlum olub ki, ayrı-ayrı səhmdar cəmiyyətlər məxsus torpaqlarının başqa şəxslər tərəfindən özəlləşdirilməsi mənfi nəticələr verəcək. Çünki bu, ilk növbədə fond bazarının imicinə zərbə vuracaq, sonra kapital bazarının perspektivinə təsir edəcək.
«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» 2000-ci ildə qəbul edilən qanuna əsasən, SC-ləri səhmləri və torpağı ayrılıqda satılır. SC bu torpaq özəlləşdirilən zaman imtiyaza malikdir. O, bundan imtina etsə, icarə hüququ qalır. Bu hüquqdan da imtina etsə, torpaq ilkin qiymətlə açıq hərraca çıxarılır.
Amma Kərəm Həsənovun komitəsi səhmdar cəmiyyətlərin torpaqlarının özəlləşdirilməsi prosesində heç də tamamilə qanunun tələbləri əsasında hərəkət eləmir. Məsələ ondadır ki, həmin prosesdə bir çox iri məmur və onların himayəsindəki iş adamlarının maraqları üstün tutulur. Yəni haqqında danışılan torpaqların özəlləşdirilməsi bir növ həmin torpaqların kimlər tərəfindənsə özününküləşdirməsi məzmunu daşıyır.
Bu prosesdən «əmlak şefi»nin özünün də karlı çıxmasına şübhə yoxdur. Bu, iki cür mümkündür; birinci, belə iddialar var ki, səhmdar cəmiyyətlərin özəlləşən torpaqlarının bir hissəsi elə Kərəm Həsənova yaxın məmur və iş adamlarının nəzarətinə keçir. İkinci, həmin özəlləşdirmə (əslində isə özününküləşdirmə!) prosesində komitə sədri də maraqlarını təmin etdiyi iri məmurlardan bunun qarşılığı olaraq özünün hansısa maraqlarının təmin edilməsi məqsədi ilə faydalanır.
Hər bir halda istər müstəqil ekspertlər, istərsə də KİV-lər arasında səhmdar cəmiyyətlərin torpaqlarının özəlləşdirilməsi prosesi ilə bağlı ciddi müəmmalar və dərin şübhələr formalaşır. Zaman-zaman ayrı-ayrı səhmdar cəmiyyətlərin səhmdarlarının mətbuata çıxan şikayətləri, narazılıqlarını hansısa formada etiraz etməyə çalışmaları da belə şühələrdə həqiqət payının yüksək ola biləcəyi ehtimalını artırır.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17