İşğaldan azad olunan ərazilərdə böyük qayıdışın təmin edilməsi məqsədilə gələn ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin miqdarı məlum olub.
Unikal.org xəbər verir ki, bu, 2021-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.
Qeyd olunub ki, işğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.