“2021-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat saxlanılması nəzərdə tutulub”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bildirib.
Bundan başqa, nazir qeyd edib ki, gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının 3,9 milyard manata olacağı gözlənilir: “Bu ilin büdcəsində bu rəqəm 4 milyard manat götürülmüşdü, sonradan dürüstləşmə zamanı 3,83 milyard manat müəyyən edildi. İqtisadiyyat Nazirliyi yanında Dövblət Vergi Xidmətinin isə qeyri-neft sektorunun yığılan vergilər hesabına büdcəyə 5,674 milyard manat təmin edəcəyi gözlənilir”.
S.Şərifov 2020-ci ilin büdcəsinin icrası barədə də danışıb: “İcra zamanı xəzinə 500 milyon manat qalıq gözləyirik. Bu qalıq gələn lin büdcəsinin kəsirinin müliyyələşdirilməsi üçün istifadə ediləcək”.