Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun karantin müddəti başa çatıb.

Unikal.org xəbər verir ki, o, artıq ailəsinə təhvil verilib. Onun oğlu Kürdoğlu Əsgərovla olan fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov dekabrın 14-ü vətənə gətiriliblər.