Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanı və onun komandasını tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, xalqa müraciət edən Armen Sarkisyan hazırki situasiyanı və müharibənin nəticələrini qiymətləndirərək hər şeyin səbəbini Paşinyan və komandasının səriştəsizliyində görüb.

"Müharibənin nəticələri və mövcud vəziyyət haqqında düşünərkən idarəetmənin müxtəlif sahələrində qeyri-mütəşəkkilliyin, məsuliyyətsizliyin və peşəkarlıq çatışmazlığının rolu göz önünə gəlir. Bu, hər şeydən öncə hazırki komandanın fəaliyyətinin nəticəsidir", - deyə Sarkisyan bəyan edib.