Ermənistanda son sutka ərzində daha 60 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 159 798 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 8 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2836-ya çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 687 nəfərdir.