İranda son sutkada 101 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda virusdan ölənlərin sayı 55 438 nəfərə yüksəlib.

Nazirlik rəsmisi qeyd edib ki, İranda ötən 24 saat ərzində 6 045 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda virusa yoluxanların sayı 1 237 474  nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 1 004 326 nəfər koronavirusdan sağalıb.