İranda dövlətə qarşı silahlı qiyama görə həbs olunan üç məhkum edam edilib.  

Unikal.org xəbər verir ki, İran İnsan Haqları Aktivistləri Agentliyi (Hrana) Məşhəd şəhərindəki Vekilabad Həbsxanasında Hamid Rastbala, Kebir Saadet Cihani və Muhammed Ali Arayeş adlı 3 məhkumun edam edildiyini açıqlayıb.  

Qeyd edək ki, məhbuslar  İranın Sünnə Milli Həmrəylik Cəbhəsinə üzvlüyünə görə "dövlətə qarşı silahlı üsyan" ittihamı ilə mühakimə olunub. 2020-ci ilin avqust ayında Məşhəd İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.