Danimarkanın Yutland yarımadasında yerləşən Lövel kəndindəki fermada quş qripi aşkar edilib.

Unikal.org xəbər verir ki, H5N8 virusu iDövlət Serum İnstitutu (SGK) tərəfindən edilən nəzarət zamanı sözügedən təsərrüfatın quşlarında aşkar edilib. 

Belə ki, fermadakı təxminən 9 min quşun məhv ediləcəyi bildirilib.  

Qeyd edək ki, son aylarda Danimarkada quş qripi səbəbiylə, Yaponiya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Sinqapur da daxil olmaqla bəzi ölkələr bu ölkədən yumurta və quş əti idxalını müvəqqəti dayandırıb.