Tailandda COVID-19 virusunun ilk dəfə Böyük Britaniyada yayılan ştammına rast gəlinib.

Unikal.org xəbər verir ki, bu barədə Thai PBS telekanalı məlumat yayıb.

Bildirilib ki, virusun yeni növü Britaniya vətəndaşları olan ailədə aşkarlanıb və onlar xəstəxanada nəzarət altına alınıblar.

Koronavirusun mutasiyaya uğramış versiyasi dekabrın ortalarında Böyük Britaniyada qeydə alınıb. Daha sonra bir sıra ölkələrdə təhlükəli virusa yoluxma halı müəyyən edilib.