"Ginnesin Rekordlar Kitabı"na görə dünyanın ən yaşlı insanı 118 yaşlı Kane Tanakadır.
Unikal.org xəbər verir ki, ən yaşlı insanı olaraq bilinən Kane 2 yanvar 1903-cü ildə Yaponiyada dünyaya gəlib.
Hazırda Fukuoka əyalətində qocalar mərkəzində yaşayan Yapon qadın 120 yaşına kimi yaşamağı düşünür.
Belə ki, uzunömürlülüyün sirrini idmanla məşğul olduğunu və gündəlik yeməklərini pozmadığını bildirən Kane, yeni tip koronavirusu (Covid-19) xəstəliyi səbəbindən ailə üzvləri ilə görüşmür.