İsrail ordusunun İraq və ya Yəməndəki milisləri vasitəsi ilə İranın raket və ya pilotsuz təyyarələrinin mümkün hücumlarına hazırlaşdığı iddia edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun yüksək vəzifəli nümayəndələri ötən həftə İsrail ordusunun mümkün zərbə variantlarını müzakirə ediblər.
Qeyd edək ki, bundan öncə İsrail energetika naziri Yuval Ştaynits İranın İsrailə hücum üçün bəhanə axtardığını bildirmişdi. İsrail Baş Qərargah rəisi Aviv Koxavi isə İranı xəbərdar edərək, istənilən hücuma sərt cavab verəcəklərini açıqlamışdı.