Dünyanın müxtəlif ölkələrində yaşayan 12 bacı və qardaş yaşlarının cəmi ilə "Ginnesin Rekordlar Kitabı"na düşüblər. 

Unikal.org xəbər verir ki, Pakistanda eyni valideynlərdən dünyaya gələn 12  bacı və qardaşın ümumi yaşı 1042 il 315 gün olaraq təyin olunub. 

Belə ki, Cruz ailəsində ən kiçik qardaşın 75, ən böyük bacının isə 97 yaş olduğu ifadə edilib. 

"Ginnesin Rekordlar Kitabı"na girən bacı-qardaşların Kanada, B.Britaniya, İsveçrə və ABŞ da daxil olmaqla dünyanın müxtəlif yerlərində yaşadıqları qeyd olunub.