Hindistanın Qaziabad şəhərində dəfn mərasimində beton tavanın çökməsi nəticəsində 18 nəfər dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, mərasim zamanı tavan altında sığınan təxminən 40 nəfər dağıntılar altından xilas edilib. Onlardan 18-i ölüb. Yaralı və sağ qalanlar ətrafdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.