“Türk Hava Yolları” aviaşirkətinə məxsus B777-F tipli yük təyyarəsi İstanbulun Atatürk aeroportundan havaya qalxdıqdan qısa müddət sonra geri dönərək təcili eniş edib.
Unikal.org xəbər verir ki, təyyarənin enmə səbəbi quş sürüsü ilə qarşılaşması nəticəsində gövdəsində yaranan nasazlıq olub.
Şirkətdən verilən məlumata görə, karqo təyyarəsi İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət edirmiş. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.