ABŞ-da koronavirus (Covid-19) səbəbiylə işini itirən Coe Kamp lotereyadan 250 min dollar mükafat qazanıb.
Unikal.org xəbər verir ki, 20 il Şimali Karolinada məktəbdə müəllim vəzifəsindən azad olunan Coe günlərini iş axtarmaqla keçirib. Daha sonra iki lotereya bileti alan keçmiş müəllim ilk oyunla 250 min dollar pul qazanıb. Amerikada gündəm yaradan müəllim, "Hər zaman itirəndə nəyisə qazanacağımı bilirdim", qabiliyyətini bu cür izah edib.
Coenin mətbuata açıqlamasında pulu qızının təhsili və planlaşdırdığı bir ev almaq üçün istifadə edəcəyini söyləyib.