ABŞ daxilində də Qasım Süleymaninin öldürülməsinə görə intiqam alına bilər.
Unikal.org xəbər verir ki, bu sözləri İranın Qüds qüvvələrinin hazırki komandanı general İsmail Kaani deyib.
“Evinizin içində (ABŞ-da) belə, törətdiyiniz cinayətin qarşılığını verəcək şəxslərin olması mümkündür”, - deyə Kaani bildirib.
Qeyd edək ki, SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymani ötən ilin bu günü İraqda ABŞ-ın aviazərbəsi ilə öldürülüb.