Nigerin Mali ilə sərhəd vilayətində yerləşən kəndlərdə “Boko Haram” terror təşkilatı tərəfindən 75 dinc sakin qətlə yetirilib.
Unikal.org xəbər verir ki, bu barədə Niger hökuməti rəsmi açıqlama yayıb.
Məlumata görə, terrorçu qruplaşma daha 20 mülki şəxsi yaralayıb.
Nigerin daxili işlər naziri Alkaçe Alhada bildirib ki, hazırda ərazidə “Boko Haram”a qarşı genişmiqyaslı antiterror əməliyyatı həyata keçirilir. Terror təşkilatının qətllər törətdiyi Nigeriyada da yaraqlıların düşərgələrinə hava hücumları həyata keçirilib.