Koronavirusun yeni ştammına Kiprdə də rast gəlinib.

Unikal.org xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Yeni növ koronavirus Böyük Britaniyadan gəlmiş şəxslərdə müəyyən edilib.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə B.Britaniyada üzə çıxıb. Daha sonra bir sıra Avropa ölkələrində, Cənubi-Şərqi Asiyada yayılıb.