Hüquq-mühafizə orqanları Serbiya Prezidenti Aleksandr Vuçiçin qanunsuz telefon dinlənilməsinin detallarını araşdırır.
Unikal.org xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər naziri Aleksandr Vulin deyib.
O bildirib ki, dövlət başçısı onun dinlənilməsi ilə bağlı müvafiq orqanlardan məlumat alıb:
“Prezident heç nəyi elə-belə danışmır və siyasi məqsədlər üçün belə məlumat yaymaz. Təfərrüatlar dəqiqləşdirilir, telefon dinlənilməsinin məqsədləri barədə danışmaq tezdir. Bundan əlavə, dinlənilmə xoşniyyətli deyildi”.