Misirin Şarkiyyə şəhərində yerləşən xəstəxanada oksigen çatışmazlığı səbəbindən 7 koronavirus xəstəsi ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə "Hüseyniyyə" xəstəxanasında baş verib.
Bildirilib ki, xəstələr tənəffüs cihazlarına bağlanarkən səhhətlərinin pisləşməsi səbəbindən həyatlarını itiriblər: "COVİD-19 xəstələrinin oksigen çatışmazlığı səbəbilə ölməsi həqiqəti əks etdirmir. Ölən xəstələrin sayı 7 deyil, 4 nəfərdir".