Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 85 milyon nəfəri ötüb.

Unikal.org xəbər verir ki, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 85 059 632 nəfərə çatıb. Onlardan 1 841 077 nəfəri ölüb, 47 777 565 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (20 577 177), Hindistanda (10 323 965) və Braziliyada (7 716 405) qeydə alınıb.