Braziliyada son sutka ərzində daha 17 341 nəfərin koronavirus infeksiyasına yoluxması, 293 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 7 733 746 nəfər yoluxub. Bu müddət ərzində 196 018 koronaviruslu xəstə dünyasını dəyişib.