Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gələcək.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya FHN bildirib.

Məlumata əsasən yanvarın 4-də göyərtəsində FHN pirotexniklərinin olduğu İl-76 təyyarəsi Azərbaycana yola düşüb.

Qeyd olunur ki, humanitar missiya çərçivəsində minalardan təmizləmə işləri Ağdam rayonunda həyata keçiriləcək