London məhkəməsi Culian Assanj barədə qərar çıxarıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə yekunlaşıb.
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın paytaxtı Londonda məhkəmə "Wikileaks"in sahibi Culian Assanjın ABŞ-a ekstradisiyası məsələsinə baxıb. Nəticədə onun ABŞ-a ekstradisiya edilməsinin mümkün olmadığı barədə hökm oxunub.
Qeyd edək ki, məhkəmə ekstradisiya ilə bağlı müsbət qərar çıxarsaydı, Assanjı ABŞ-da 175 illik həbs cəzası gözləyirdi.