Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Mayk Pompeoya cavab verib.
Unikal.org xəbər verir ki, bir müddət öncə Pompeonun "Twitter" səhifəsində Rusiya haqqındakı paylaşıma Rusiya XİN öz "Twitter" səhifəsində paylaşım edərək cavab verib.
Belə ki, Mayk Pompeo öz tvitində heç bir prezident administrasiyasının Rusiyaya qarşı Donald Trump administrasiyası qədər sərt davranmadığını yazmışdı. Buna cavab olaraq Rusiya XİN sosial şəbəkədəki rəsmi səhifəsində Adolf Nortenin "Napoleonun geri çəkilməsi" adlı rəsmini Pompeonun ifadələrini istehzalı şəkildə təkrarlayaraq paylaşıb.
Russia, Russia, Russia. . . let's talk Russia, cut through the noise. No Administration has been as tough on Russia as we have. Period. Full stop. Look at the facts. #LeadingFromTheFront pic.twitter.com/bUIyHt2IWm
— Secretary Pompeo (@SecPompeo) January 3, 2021
Way to go, tough guys... #LeadingFromTheFront https://t.co/Xf8nlqnav6 pic.twitter.com/OmBNXJik8T
— MFA Russia 🇷🇺 (@mfa_russia) January 3, 2021