PKK tərəfindən Suriyada terror aktı törədilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tel-Abyad bölgəsində baş verib. PKK terrorçuları avtomobilə quraşdırılmış bombanı partladıblar.

Nəticədə xeyli insan yaralanıb. İki uşağın həyatını itirdiyi bildirilir. Araşdırmalar başladılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.