Livanın Suriya sərhədindəki Kasr qəsəbəsində qaz və mazut anbarında baş verən partlayış nəticəsində 10 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Livan Ordusu Komandanlığı partlayışın bölgədəki ordu nəzarət nöqtəsindən çox uzaq bir yerdə meydana gəldiyini bildirib. 

Partlayışın səbəbi hələ müəyyənləşməsə də, yaralananlar arasında Livan əsgərinin olmadığı qeyd olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışın baş vermə səbəbləri araşdırılır.