Yaxın günlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.
Unikal.org xəbər verir ki, bu barədə “İnterfaks” diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin Rusiyada üçtərəfli görüşü planlaşdırılır”, - deyə məlumatda qeyd olunub. Bildirilib ki, sammit yeni il tətilindən sonra baş tuta bilər. Ehtimal olunan tarixlərdən biri 11 yanvardır.
Məlumatla bağlı hələ ki, rəsmi təsdiqlənmə yoxdur.
Qeyd edək ki, əgər görüş baş tutarsa, bu, İlham Əliyev və Nikol Paşinyanın Ermənistanın İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətindən sonra ilk görüşü olacaq.