Qazaxıstan yerli vaksin istehsalına başlayıb.

Unikal.org Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, koronavirus əleyhinə vaksin "KazCovidInn" adlandırılıb. Qazaxıstan Səhiyyə Nazirliyi artıq vaksini dövlət qeydiyyatına alıb.

Hazırda istehsal üçün gedən sınaqların iki mərhələsi geridə qalıb. Üçüncü mərhələ davam etdirilir. Vaksin nümunələri araşdırma üçün Rusiyaya da göndərilib. Qazaxıstan hökuməti əhalinin geniş vaksinasiya prosesində Rusiya istehsalı olan vaksinlərlə yanaşı, yerli vaksinlərin də istifadə ediləcəyini açıqlayıb.