İmişli Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı RİH-nin başçısı Elçin Rzayev əmr imzalayıb. Əmrə əsasən, Azad Həsənli İmişli RİH-nin İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək həmin sektorun aparıcı məsləhətçisi vəzifəsində çalışıb.
Murad İbrahimli