Meksikanın Tamaulipas və Nuevo-Leon ştatlarının sərhədində 19 nəfərin yandırılmış meyiti tapılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cəsədləri polis əməkdaşları aşkar ediblər.
Ehtimal olunur ki, kimliyi bilinməyən şəxslər iki cinayətkar qrup arasında baş vermiş toqquşma nəticəsində ölüblər. Cinayətkarlar izi itirmək məqsədilə cəsədləri yandırıblar.
Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.