İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistana səfəri çərçivəsində erməni həmkarı ilə görüş keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşüb. İrəvanda keçirilən görüş zamanı tərəflər ikitərəfli münasibətləri və digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, İran XİN başçısı düən axşamdan Ermənistanda səfərdədir. M.C.Zərif daha əvvəl Azərbaycanda və Rusiyada səfərdə olub. Onun Gürcüstana və Türkiyəyə də səfər etməsi planlaşdırılır.