Taliban qruplaşmasının nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi təmsilçisi ilə görüşüb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Rusiyanın paytaxtı Moskva şəhərində keçirilib. Bildirilib ki, nümayəndə heyətinin Putinin Əfqanıstan üzrə xüsusi təmsilçisi Zamir Kabulov ilə görüşüb.
"Rusiya tərəfi Əfqanıstanda vətəndaş müharibəsinin dayandırılmasına imkan verəcək hərtərəfli və konstruktiv danışıqların başlanmasının tərəfdarıdır. Həmçinin təsiredici hökumətin qurulmasını istəyir", - deyə açıqlamada ifadə edilib.
Rusiya XİN eləcə də Taliban nümayəndə heyətinin Rusiyanın Əfqanıstandakı sülh təşəbbüslərini dəstəklədiyini bəyan edib.