Azərbaycanla Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.

Unikal.org-un  “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Sülhməramlıları kontingentin komandanı general-leytenant Rüstəm Muradov bildirib.

O qeyd edib ki, yanvarın 28-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan əsirliyində olan bir nəfər Bakıya gətirilib. İrəvana isə 5 əsir qaytarılıb.