Türkiyənin şərqində əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə müraciət olunub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şərqi Anadolu bölgəsində yerləşən Van, Hakkari, Muş və Bitlis şəhərlərində və ətraf ərazilərdə ekstremal hava şəraiti ilə bağlı sakinlərə xəbərdarlıq edilib. Havanın temperaturunun mənfi dərəcələrə enəcəyi qeyd olunub.

Şiddətli qar yağacağı, güclü külək əsəcəyi bildirilib. Yolların buz bağlaması, yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi olduğu vurğulanıb. İnsanlara xususi xərurət yaranmadıqca yaşayış yerlərini tərk etməmək, hava şəraitini nəzərə almaq tövsiyə olunub. Küçəyə çıxarkən lazımi tədbirlər görmək xəbərdarlıqda yer alıb.