Türkiyədə PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van şəhəri mərkəz olmaqla, 4 şəhərdə əməliyyat keçirilib. Belə ki, Van, Şırnak, İstanbul və Ankarada eyni vaxtda keçirilən xüsusi əməliyyatla PKK terror təşkilatının 15 üzvü saxlanılıb.

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırmalar aparılır. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.