Suriyada yaşayan Qəddafinin gəlini Aline Skaf avtomobilini polislərin və piyadaların üstünə sürüb.  

Unikal.org xəbər verir ki,  hadisə nəticəsində  4 nəfər yaralanıb, 1 nəfər isə həyatını itirib. 

Bir çox hadisələrdə iştirak edən Aline Skafın tıxac zamanı törətdiyi hadisəyə görə həbs edilməməsi reaksiyalara səbəb olub. 

Qeyd edək ki, Liviyanın keçmiş lideri Müəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə ölkəsindəki iğtişaşlar zamanı öldürülüb. Qəddafinin beşinci oğlu Hannibal Qəddafi və həyat yoldaşı Aline Skaf 2011-ci ildə Liviyadan qaçaraq Suriyada sığınacaqda məskunlaşıblar.  Hannibal Qəddafi 2015-ci ildə qaçırılaraq Livanda həbs olunub.