Dünyaca məşhur parfüm və kosmetika "Douglas" koronavirus pandemiyasının təsiri ilə Avropadakı 500 mağazanı bağlamağa qərar verib.
Unikal.org xəbər verir ki, "Douglas" rəhbərliyi tərəfindən edilən açıqlamada, Covid-19 məhdudiyyətlərinə görə şirkətin satışlarının 2019-2020 maliyyə ilində yalnız 6,4 faiz azalaraq 3,2 milyard avroya endiyi ifadə edilib.
Açıqlamada, Kovid-19 epidemiyasında aylardır davam edən məhdudiyyətlərin onlayn alış-verişin ümumi tendensiyasını sürətləndirdiyi vurğulanıb. Bu səbəbdən şirkətin Avropadakı 2400 mağazasından 500-nün bağlanmasının 2022-ci ilin payızına qədər tamamlanacağı qeyd edilib.