Taylandın Çulalongkorn Universitetinin alimləri mangrov ağaclarında aparılan araşdırmada nəticə əldə ediblər.
Unikal.org xəbər verir ki, elm adamları, mangrov ağaclarından keçəlliyi müalicə edə biləcək bir tərkibin kəşf etdiklərini bildiriblər. Farmakognoziya və Əczaçılıq Botanika professoru Vançai Deeknamkul, ağaclardan alan tərkibin saç tökülməsinin qarşısını almaqla yanaşı yeni tüklərin çıxmasına da şərait yaratdığını bildirib.
Belə ki, alimlər, ən çox şikayət edilən növü olan "androgenik alopesiya" (saç tökülməsi) xəstəliyindən əziyyət çəkən 50 nəfərlə təcrübələr apardığı və mangrov ağaclarından alınan ekstraktın saç tökülməsini dayandırdığı ifadə ediblər. Mangrov ağacından alınan "Avicennia Marin" adlı ekstraktın keçəlləşməyə yaxşı olduğu deyilən Avicequinon-C adlı bir kimyəvi maddə olduğu da bildirilib.