Hindistan tərəfi ölkədə fermerlərin uzun müddətdir davam edən etirazlarının arxasında Pakistanın olması barədə ittihamlar irəli sürüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rəsmi Dehli etirazları Pakistanın təşkil etdiyini iddia edir.
Pakistan tərəfi isə bu kimi iddiaları əsassız adlandırıb. İttihamlara münasibət bildirən rəsmi İslamabad bunun həqiqətə uyğun olmadığını bəyan edib.