Tatarıstanda Rusiya istehsalı olan koronavirusa qarşı vaksinlərin halallığı test ediləcək.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Tatarıstan müftülüyünün nümayəndəsi İrek Ziqanşin bu barədə məlumat verib.

O qeyd edib ki, həm "Sputnik V", həm də "EpiVakKorona" vaksinlərinin halal olub-olmaması yoxlanılacaq. İ.Ziqanşin Rusiyada 25 milyondan çox müsəlmanın yaşadığını xatırladaraq, bunun olduqca önəmli məsələ olduğunu vurğulayıb.